Modern.az

Türkiyədə saxta içki can aldı: ölənlər var

Türkiyədə saxta içki can aldı: ölənlər var

Dünya

27 İyun 2021, 14:11

Türkiyədə 19 nəfər saxta içkidən zəhərlənib.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilk zəhərlənmə faktı Tekirdağın Çorlu rayonunda qeydə alınıb.

 

Burada bir pakistanlı küçədə halsız olaraq aşkarlanıb. O, xəstəxanaya qaldırılıb. Saxta içkidən zəhərləndiyi müəyyənləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

 

Bundan sonra isə daha dörd nəfərin saxta içkidən öldüyü müəyyən edilib.

 

Çorlu dövlət xəstəxanasında altısı intubasiya olunmaqla, 14 nəfərin müalicəsi davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?