Modern.az

“Nə qədər ki gec deyil, Əfqanıstandakı sülhməramlılarımızı ordan çıxaraq”

“Nə qədər ki gec deyil, Əfqanıstandakı sülhməramlılarımızı ordan çıxaraq”

Ölkə

9 İyul 2021, 12:05

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycanın Əfqanıstanda səfirlik açmaq məsələsinə toxunub.

 

Modern.az xəbər verir ki, deputat bunun çox riskli məsələ olduğunu vurğulayıb:

 

"Ancaq Azərbaycan hökumətinin bu məsələ ilə bağlı qərarı varsa, buna hörmətlə yanaşırıq".

 

Deputat Azərbaycanın Əfqanıstanda 120 nəfərlik sülhməramlı kontingentinin olduğunu da qeyd edib:

 

"Bildiyimiz kimi, bir çox ölkələr hərbi qüvvələrini Əfqanıstandan çıxarır. Nə qədər ki gec deyil, biz oradakı kontingentimizi çıxarmalıyıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir