Modern.az

Bakıda saxta sement satışı aşkarlandı

Bakıda saxta sement satışı aşkarlandı

Aktual

4 Noyabr 2012, 12:25

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən paytaxtda saxta semet satışı ilə məşğul olan müəssisə aşkarlanıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Xətai rayonu, M.Hadi küçəsi, ev 6 ünvanında Samir Məhərrəmliyə və Alxan Rzayevə məxsus mağazalarda aparılan yoxlamalar zamanı satışda olan “Qaradağ-N” adlı M-400 markalı sementin etiketində çəkinin 40±1kq göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 3-7 faiz az olduğu müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Nazirlik tərəfindən araşdırmalar davam edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E