Modern.az

Yaqub Zurufçunun vəziyyəti pisləşdi - Böyrək çatışmazlığı yarandı

Yaqub Zurufçunun vəziyyəti pisləşdi - Böyrək çatışmazlığı yarandı

Aktual

13 Sentyabr 2021, 14:46

“Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur”.


Bunu Modern.az-a “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.


Onun sözlərinə görə, pisləşmə əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır:


“Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb”.

Qeyd edək ki, məşhur müğənni Yaqub Zurufçu bir həftə əvvəl COVID-19-a yoluxub. O, "Yeni Klinika"ya yerləşdirilib, vəziyyəti ağırlaşdığı üçün süni tənəffüs aparatına qoşulub.

Müğənninin müalicəsinə kömək məqsədilə xaricdən mütəxəssislər dəvət olunub.


Məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək