Modern.az

Birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib - FOTOLAR

Birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib - FOTOLAR

Aktual

20 Sentyabr 2021, 17:10

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell Telekom” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri ilk dəfə məktəbə qədəm qoyacaq şəhid övladları ilə görüşüblər.

 

Bu barədə Modern.az-a nazirlikdən bildirilib. 

 

Nümayəndələr uşaqları birinci sinfə getmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

 

Görüşdə döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən oğulları xatırlanıb.

 

Şəhidlərin övladlarına təhsil üçün planşetlər hədiyyə edilib.

 

Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

 





Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək