Modern.az
Qəzənfər Həmidoğlu Trollama...

Qəzənfər Həmidoğlu

Trollama...

30 Noyabr 2021, 13:52

Qəzənfər Həmidoğlu


Təbliğat çoxdan trollinqə çevrilib və ya trollar sosial şəbəkələri aşaraq aparıcı təbliğat alətinə çevriliblər. Əslində, təbliğ etməklə trollamağın prinsipcə fərqi yoxdur, ikisi də eyni qapıya aparıb çıxarır və ya ikisi də eyni qapıdan çıxır.


“İstənilən təbliğat yalandır, hətta həqiqəti desə belə” (İngilis yazıçısı Corc Oruell). Üstəlik, insan “illüzor düşüncə” sahibidir - yəni, özü-özünü aldata bilir. Amerikalı təkamül bioloqu Robert Triversin nəzəriyyəsinə görə, özünüaldatmanın yalnız insanların davranışında deyil, heyvanlarda da mühüm önəmi var.


Məşhur amerikan filosofu Erik Hoffer isə “diaqnoz”u həmyerlisindən daha əvvəl qoymuşdu: “Təbliğat insanları aldatmır, onların yalnız özünü aldatmasına kömək edir”...


Amma bizim trollar tənbəldirlər, Qərbi Zəngəzuru “bizimki” etdikdən sonra oturublar, irəliləmirlər. Bəs Dilican dərəsi, o poetik “vəsiyyət” necə olacaq? Şair nə gözəl demişdi: “Qarışsın Qazağa Dilican dərəsi...”

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var