Modern.az

Azərbaycan harada başlayıb, harada bitər?

28 Oktyabr 2021, 10:22

Vasif İsmayıl

Başdan söyləyim, üsulumuz Qərbdir.

İllər öncə Səmərqəndə getmişdim. Şəhəri gəzəndə fərqli hisslər keçirirdim. Bakıda, Şamaxıda, Gəncədə, Şamaxı və Şəkidə gördüyümüz memarlıq qırıntıları Səmərqənddə hər yerdə idi.

Səmərqənd şəhərinin fərqli qoxusu da var. Adam məst olur.

Türkiyədə oxuduğum illərin təsirini o sırada bizimlə Səmərqəndə gələn türkiyəli dostlarımızın Bahauddin Naxşibənd və İmam Buxarinin məzarlarını ziyarət etməyə çalışanda anladım. Biz  sovet təsiri ilə müəyyən kodlarımızdan, Səlcuq dövlətindən ayrı qalmışdıq.

Azərbaycan Səlcuq dövlətinin və onun Atabəylərinin miras savaşından ərsəyə gələn ərazi, millət və dövlətdir.

Səlcuqlar qılıncla gələn güc idi. Amma səlcuqların ciddi qırğınlara səbəb olduğunu tarixdə görməzsiniz. Çünki səlcuqlar yasa qanun-qayda ilə gəlirdilər. Səlcuq dövlətində bəy, atabəy belə sadəcə çoban ilə eyni qanuna tabe idi.

Qurd sürüsündə olduğu kimi.

“Акела промахнулся” eyni zamanda səlcuqlar haqqında söylənib. Məğlub bəy o dəqiqə dəyişdirilərdi.

Qanunlara mütləq itaət Atabəy Eldəgizin öz qurduğu dövləti atabəyi, yəni yetişdirən bəyi olduğu Qızıl Arslanı sultan elan etdirdi.

Mən həmişə qanunun diktaturasına inanmışam. Səlcuqlar mənim üçün bu günkü Azərbaycanın qurucusudur. Səlcuqlarda, monqollarda şah qanun idi. Ona görə səlcuqları yaxşı öyrənin.

Bu gün Səlcuq dövlətinin mirasına sahib çıxan Azərbaycan və Türkiyədir. Mirası unudan isə İran, İraq və Suriyadır. Yəqin özlərini bizdən saymırlar.

Bölgəni anlamaq üçün bunu yaxşı bilməlisən.

Azərbaycan səlcuqlu mirasçı atabəylərin qurduğu məfhumdur. Ona görə İran da, İraq da bizim maraq dairəsindədir.

P.S. Eldəgiz adı ərəb əlifbası isə Sağır Nun hərfi (ng) ilə yazılır. “Ana”, “mənə” sözlərində olduğu kimi. Ona görə Eldəngiz, anga, manga deyə də oxuna bilər.

Atabəy Eldəgiz əslən qıpçaq qul idi. Amma dövlətin başına keçə bildi. Bu da qanunun verdiyi bir imkan idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi