Modern.az

Sən nə imişsin bəəə, rəis!

25 İyun 2021, 17:38

Vasif İsmayıl


Rəcəb Tayyib Ərdoğan ilə Şuşa Bəyannaməsinin imzalanması Xankəndidəki erməni əhalisini qorxuya salıb.


Şuşa Bəyannaməsi haqqında imzalanan gündən müəyyən şübhəli fikilər də oxuduq. Şəxsi fikirdir - nə deyəsən?!


Amma cənab Ərdoğanın Şuşaya gəlməsi Qarabağdakı ermənilərin son ümidlərini də sındırıb.


Hələ bizimkilər də bu qorxu tonqalına odun atırlar. "Nıkırısı" "prizdentinin" keçmiş köməkçisi (keçmiş nazirin keçmiş köməkçisi ifadəsi yadıma düşdü) Tiqran Abramyan görün nə deyib:


"Son günlərdə azərbaycanlılar kütləvi şəkildə qarabağlı ermənilərə zəng edərək, evlərini almaq istədiklərini söyləyir, qiymətlərlə maraqlanırlar. Nə qədər olduğunu demək istəmirəm, amma ən az onlarla belə zəng olduğunu söyləyə bilərəm".


Bu xəbərlərin altına ermənilərin yazdıqları rəylərə baxıram… Rəylərin əksəriyyəti dəhşət və qorxu ifadə edən şüarlardır. Ancaq informativ rəylərin əksəriyyətində bunun Ərdoğanın Şuşa səfəri ilə əlaqəli olduğunu söyləyirlər.

 

Qarabağda 35 min erməni qalıb, onlar da tezliklə oranı tərk etməyə hazırlaşırlar.


Arayik əleyhinə Xankəndidə mitinq gedir. Arayik də, eləmə tənbəllik, “Paşinyanın seçki qərargahına niyə getməyim ki? Qarabağdakı 35 min vətəndaşımızı Ermənistan olmadan necə yedirərik?” deyə bunlara hədə-qorxu gəlib.

Demək, 35 min.

Xankəndidə jurnalist işləyən Marat Yeganyan isə yazır ki, bu gün girdiyi 3 iş yeri sahiblərinin hamısı köçməyə hazırlaşır.

Bəzi teleqram kanallarda Maratı həkim kimi təqdim edirlər, amma səhvdir. Marat artsakh.info saytının redaktorudur. Müharibə vaxtı Murovda döyüşüb.

Həkim olan Tiqran Petrosyandlr. Oftalmoloqdur. Atası Miatsum hərəkatının banilərindən biri olub. Arayikə müxalifətdədir.

Aylardır Xankəndidə yaşayan və yazan kim varsa, əır gün izləyirəm. Ayaqqabı ölçülərini belə bilirəm


Sən nə imişsin bəəə, rəis!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...