Modern.az

Az adama xitab edən paylaşma

23 Sentyabr 2021, 10:01

Vasif İsmayıl

Mən orta musiqi təhsili almış adamam. Fortepiano sinfini əlaçılıqla başa vurmuşam. Amma müəllimlərim mənə harmoniya, hətta ritm kimi sadə məsələləri məktəbdə oxuduğum müddətdə belə aşılaya bilmədilər.


Ritm musiqinin əsasıdır. Hardasa, mən musiqi təhsili yox, sadəcə diplom almışam kimi çıxır.


Ritmi mənə öyrədən “Berkeley” universitetinin pulsuz kursları oldu. İllərlə yaxşı bildiyimi zənn etdiyim musiqi nəzəriyyəsini və xüsusilə də solfecionu yenidən öyrəndim.


O dərslərdə bir şeyi anladım.


Qərb musiqisi adətən ürək döyüntüləri və insan addımına uyğun gələn 4/4 və 2/2 ritmlərindədir. Şərq insanı (xüsusilə, müsəlman dünyası) daha oynaq 6/8 ritmini sevir. Çinlilər və Şərqi avropalılar isə daha da mürəkkəb (yaza bilməyəcəyim dərəcədə) ritm vurğunudurlar. Anlamaq istəyən, Musorqskinin “Sərgidən mənzərələr” kompozisiyasını dinləsin. Hər iki xanədən bir ritm dəyişir. Bu fəndi Əzizə Mustafazadə də istifadə edir. Musiqi dinləyən insanın hisslərini dəlmə-deşik edir bu fənd. Xəlbirə dönmək istəyənlər rumıniyalı ”Fratii Gore” (“Qore qardaşları”) qaraçı qrupunu dinləsin. Prosessor yanmasa da, beyniniz yenilənəcək.


Azərbaycan musiqisində ən populyar ritm 6/8-dır. Doğrudur, 4/4 ritmi bizdə də məşhurdur, amma ən sevdiklərimiz, inanın, 6/8-dır.


Musiqidə bir qayda var: ritm 2-yə bölünə bilər. 6/8 ritmi 2-yə bölünəndə 3/4-ə alınır.


Yəni vals.


Bir əvvəlki paylaşımımda yazmışdım. Mən Bülbülün oxuduğu “Bəxtəvər oldum” mahnısını daha çox sevirəm. Vals, yəni 3/4-dəymiş.


Youtube-da maraqlı məlumat çoxdur. Dinləyin. Özünüzü yenidən kəşf edərsiniz.


Həə, bu arada, musiqi nəzəriyyəsi kimi darıxdırıcı mövzu mənə….çoooox maraqlıdır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları