Modern.az

Şirvanın Diri Babası

11 Oktyabr 2021, 10:54

Vüqar Tofiqli

Etiraf edim ki, məktəb illərindən Azərbaycan tarixinə, ölkə coğrafiyasına xüsusi marağım olub. Azərbaycan tarixinə dair xəritələri və bu fənnlərə aid digər əlavə oxu materiallarını daim alıb mütaliə edərdim. Təəssüf ki, biz oxuduğumuz illərdə Azərbaycan tarixi fəninə çox az saat ayrılmaqla aşağı siniflərdə, Azərbaycan çoğrafiyası isə keçmiş ittifaqın coğrafiyası tərkibində az saat sərf edilməklə tədris edilirdi. Elmə marağı və sevgisi olan istənilən Azərbaycanlıda bu sahədəki informasiya qıtlığı hələ o illərdə hiss olunmaqda idi.


Odur ki, yaşa dolduqca ölkəmizin hansı regionuna səfər etmiş olsam belə, ilk olaraq həmin ərazilərdəki qədim tarixi özündə əks etdirən maddi-mədəni irs nümunələrini ziyarət etməyi özümə borc bilirəm.


***

Hər dəfə Şamaxı yolu ilə hərəkət edəndə keçmiş Mərəzənin, indiki Qobustan şəhərinə çataçatda yolun   sağ tərəfində uzaqda görünən türbə həmişə diqqətimi çəkib. Bu turbənin Diri Baba türbəsi olduğunu bilsəm də,  qədim tarixi özündə əks etdirən bir məkanı indiyədək ziyarət etməmişdim. Bu dəfə isə şəhərə səfərə gedərkən ilk olaraq məhz qədim tarixi ərazini seyr etməyə, əraziylə tanış olmağa qərar verdim.


***

Səhər saat doqquzda artıq türbənin qarşısında idim. Fikirləşirdim ki, havanın soyuq olduğu bir vaxtda buralarda heç kəs olmaz. Ancaq yanılmışammış. Ərazi sanki bir tikinti meydançasını xatırladırdı. Bir tərəfdə ustalar, fəhlələr, digər tərəfdən isə inşaat materialları. Qarşıma çıxan usta və fəhlələrlə görüşüb türbə ilə tanış olmaq üçün içəri keçdim. Qarşılaşdığım insanların arasında olan cavan oğlan irəli çıxaraq türbəni maraqla izlədiyimdən məni müşayiət etməyə və mənə qısa şəkildə olsa da türbənin tarixindən danışmağa başladı. Beləcə, tarixi məqamları dinləyərək, türbənin ikinci mərtəbəsinə, ordan da yuxarı, türbənin üst hissəsinə çıxdıq. Türbənin üstündən bütün şəhər sanki ayağın altında qalır. Və türbənin yuxarı hissəsində artıq cavan oğlanla yaxından tanış olub kimliyi ilə maraqlanıram. Məlum olur ki, Nəsib Babaşov Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin Qobustan rayonu üzrə baş mütəxəssis vəzifəsində çalışır.


Yarğanın qayalıqlar olan hissəsində isə səkkiz kaha var. Bu kahalardan ikisi böyük, altısı isə kiçik ölçülüdür. Bugün ərazidə ciddi şəkildə təmir-bərpa işləri aparılır. Sifarişçisi isə Dövlət Turizm Agentliyidir. Agentlik bu ərazinin tarixi-memarlıq zənginliyini və qədim maddi-mədəni irs nümunəsi olmasını nəzərə alaraq turzim marşrutuna salıb. Bərpa işləri Mədəniyyət nazirliyinin müvafiq qurumunun nəzarətiylə aparılır. Çökək hissədə olan bir qədər dərinlikdəki vaxtı ilə bulaq olmuş hissə də bərpa ediləcək. Bildirildi ki, türbənin özü də ciddi şəkildə tarixi görkəmi saxlanılmaqla yaxın günlərdə bərpasına başlanılacaq. Ən əsası və diqqətiçəkən məqam kahalara gedən cığırlarda etibarlı səkilərin salınması idi. Hiss olunur ki, təmir işlərinə ciddi yanaşılır.


Əlavə edim ki, Diri Baba türbəsi Nazirlər Kabinetinin iki avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur. Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunmuşdur: "Hicri 805-ci ildə (miladi tarixlə 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib”.


Türbənin hər daşında bir tarix yatır. Şirvan memarlığını özündə daşıyan abidə tarixçilər, arxeoloqlar və alimlər tərəfindən bu günədək dərindən araşdırılmayıb. Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri Baba bir çox səyyahların diqqətini özünə cəlb etsə də, təəssüf doğuran məqam türbədə dəfn olunan müqəddəs şəxsin kimliyi haqqında heç bir məlumatın olmamasıdır. Belə qənaətə gəlmək olar ki, müvafiq orqanlar tərəfindən ərazinin təmir-bərpa işlərini həyata keçirən zaman paralel olaraq tədqiqatın aparılmasını da yəqin ki həyata keçirəcəklər.


Ərazidən xoş təəssüratla ayrılıram. Ümid edirəm ki, bundan sonra ölkəmizin digər maddi-mədəni irs nümunələrinin hər biri əsaslı şəkildə həm tədqiq, həm də təbliğ ediləcəkdir.


***

Qobustan şəhərindəyəm. Şəhərin adıyla bağlı məsələyə isə belə bir məqamda toxunmaya bilmirəm. Əslində bu rayonun və şəhərin Qobustan adlandırılmasının əleyhinəyəm. Niyə? Ona görə ki, Qobustan dedikdə ilk olaraq göz önümüzdə dünyanın ən qədim yaşayış məntəqəsi sayılan Qobustan qayalığı və eyniadlı yaşayış məntəqəsi dayanır. Bu yaşayış məntəqələri arasındaki məsafə isə bəlkə də 100 kilometr olar. Belə olan halda nədən rayon Qobustan adlandırıldı. Ondansa rayonu və şəhəri bu ərazini tanıdan Diri Baba adlandırmaq olmazdımı? Bəlkə də olardı. Birdəki rayonun əvvəlki adını dəyişməyin nə mənası var idi. Razıyam ki, iki yaşayış məntəqəsi Mərəzə və Nərimankənd yaşayış məntəqələri birləşdirilərkən yeni ad barəsində düşünmək lazım idi. Bildiyim qədər tairxi mənbələrdə buranın Mərəzə və Pir Mərəzə adlarının da adı çəkilir. Göründüyü kimi, Pir sözü də məhz Diri Baba türbəsi (ziyarətgahı ) ilə bağlı olub. Hər halda düşünməyə dəyər.


***

Son olaraq qeyd edim ki, Azərbaycanın qədim tarixini öyrənməli, öyrətməli və təbliğ etməliyik. Bunu hər kəs bilməli, dövlətin atdığı addımlara çalışdığı sahədə dəstək verilməlidir. Bilməliyik ki, ilahi varlıq Azərbaycana zəngin yeraltı və yerüstü sərvət verməklə, qədim və zəngin tarixi yaşamağı qismət etsə də, erməni kimi mənfur bir xalqla qonşuluqda yaşamağı qismət edib. Belə olan halda hər zaman daim ayıq-sayıq olmalı, inkişaf etməli, zəngin tariximizi həm gənclərimizə, həm də dünyaya təbliğ etməliyik.

//www.youtube.com/watch?v=3VgINIIpcsU&t=7s 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!