Modern.az

Cənab Prezident heç kəsi işsiz qoymadı

11 Noyabr 2020, 12:58

Vasif İsmayıl

Cənab prezident hamıya iş verdi, ya da heç kəsi işsiz qoymadı.

Rusiyaya iş verdi.

Türkiyəyə iş verdi.

Beynəlxalq qurumların hamısına iş verdi.

Sülh quruculuğu ilə məşğul olanlara yenə də qrant ayırmaq, toplantı keçirmək və s. imkanı verdi.

Tənqid edəcək müxalifətə də imkan yaratdı.

Tikinti üçün imkan yaratdı.

Nə bilim - yaratdı da yaratdı.

Belə baxanda Qarabağ probleminin "birdəfəlik" və zamana yayılmış həll yolları arasından ... çətin olanını - zamana yayılmış formanı seçdi. Bu cür daha çətin yolu 44 günlük müharibədə 1 dəfə seçmişdilər. Şuşaya yol güzərgahından (Qırmızı Bazar və Xocavənd) hücum etmək əvəzinə Kirs dağına dırmaşıb oradan hücum etdilər. Yəni "dağa çıxdılar", yoxuşa sürdülər. Nəticə də verdi.

İndi nə olacaq? Mənim mülahizələrim.

- Öncə gözləyəcəyik. Ermənilərin davranışından asılı olaraq müxtəlif bəhanələrlə Şimalda Heyvalı, Cənubda isə Xocavənd, yaxud Qırmızı Bazar üstündə nəzarət bizə verilə bilər. Bəyanatda və məlumat hovuzunda bulanıqlıq belə şeylər üçündür.

- Azərbaycan "DQR" strukturunun və parlamentinin artıq olmaması üçün əlindən gələni edəcək. Bunun üçün qanunvericiliyimizə mer və şəhər məclisləri strukturu gətirilə bilər. Bundan sorna beynəlxalq qurumlar qarşısında erməniləri təmsil edəcək ancaq merləri tanıdığını bəyan edəcək və erməni əhalisindən icra başçısı da təyin etmək üçün fürsət istəyəcək. Hətta bəzi icra başçılarını etnik ermənidən də seçə bilər. Bu addımlar beynəlxalq hüquq normlarına uyğun olduğu üçün beynəlxalq qurumlar və güclü dövlətlərin bu fikrə müttəfiqlik bildirmələrinə çalışacaq.

- Əvvəlki Dağlıq Qarabağın bölgələrinə azərbaycanlıları BMT-nin xətti ilə yerləşdirməyə çalışacaq. Yerdəki ermənilərin bölgəyə köçmə tarixi nəzərə alınacaq. Bu sırada bəzi fəndlər var. Məsələn, valideynindən biri belə keçmiş DQ-dan olan azərbaycanlını da Xankəndi, Ağdərə və s. bölgələrə qeyd etdirməyə çalışa bilər. Məsələn, Xocalıda belə problem yoxdur. Amma bu fəndin işləkliyindən əmin deyiləm. Əsas dava burada başlayacaq. Ermənilər bizim vətəndaşların qayıtmağına əngəl olsalar, qarşılarında Azərbaycan hüquq-mühafizə orqanları deyil BMT və rus kontingentini görəcəklər. Bu proses kifayət qədər uzun çəkəcəyi üçün rusların bizə bu məsələdə mane olmayacaqları, əksinə, yardım da edəcəklərini düşünürəm. Ermənilər azərbaycanlıların bu illər ərzində nə qədər artdığının miqyasını bilmir. Ancaq Azərbaycan hökuməti bilir. "Gorbagor" Arsrunun sözü olmasın, burada erməniləri "sürprizlər" gözləyə bilər.

- Azərbaycan şəhər seçkili orqanlarında azərbaycanlıların artmasına çalışacaq. Məsələni tədricən suya düşürüb həll etməyə çalışacaq.


Çətin yoldur, amma dediyim kimi "Cənab Prezident hamımıza iş verdi".

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü