Modern.az

Həyatımızı yaşayaraq yox, yarışaraq başa vururuq

31 Oktyabr 2017, 15:56

“Müdrik olmaq üçün  üç mərhələni keçmək lazımdır. Birinci mərhələdə insan heç bir şeyə təəccüblənməmək bacarığını öyrənir. İkinci, üçüncü mərhələləri anlamaq isə yalınız birinci mərhələni keçəndən sonra mümkündür. Üstəlik bu mərhələləri keçmək üçün sadəcə oxumaq, öyrənmək, müşahidə etmək kifayət etmir. Yaşayaraq öyrənməli, hiss edərək oxumalısan”

Bu sözləri hansısa filosof hansısa şagirdinə deyib ya da deməyib, fərq etməz.

Əsas mövzum odur ki, insanın kamilliyi, yetkinliyi və şəxsiyyət kimi formalaşmağı onun biliyi, bacarığı və beyninin informasiya tutumu ilə düz mütənasib təşkil etməyə bilər.

Günümüz reallığı da sübut edir ki, əsas informasiyanın, biliyin mövcudluğu  yox, ondan düzgün istifadə bacarığıdır.

Məntiqi dillə desək, əsas hökm yox əqli nəticədir.

Mövzunu açmaq üçün bir neçə sualı cavablandırmalıyıq.

Cəmiyyət olaraq bizi başqalarından fərqli düşünməyə ya da düşünməməyə vadar edən nədir?

Fərd olaraq bizim fərqli olmağımızın qarşısını alan yaşam və düşüncə tərzimizi eyniləşdirən nədir?

Niyə hamımızın doğruları və yalnışları eynidir?

Nə üçün hər kəs eyni “səhf”ləri edərək bədbəxt , yaxud eyni “düz”ləri edərək xoşbəxt olur?

 

Əslində bu qədər mürəkkəb və çoxsaylı  sualların cavabı  bir yerdə gizlənir:

Şübhəsis gerçəklərimizdə!

 

Şüurumuzun və hisslərimizin məhsulu olan, heç vaxt şübhə etmədiyimiz, insan məhsulu olan, saxta, süni, uydurma gerçəkliklərimiz.

Bu gerçəkliklərimiz düşüncə tərzimizi o qədər əsarət altına alır ki,  bütün fəaliyyət sahələrimizin, gördüyümüz və yaşadığımız hər şeyin önünə hədəflər qoyuruq. Həyatımızı yaşayaraq yox, yarışaraq başa vururuq.

Elmi din ilə yarışdıran bu düşüncə tərzi, həyat bir mübarizədir prinsipi ilə bütün insanları yarışçı, cəmiyyəti isə yarış  meydançasına çevirib.Hər kəs bir-birini təkrarlayır və hər kəs bir-biri ilə ötüşür:  İnsanlar, ailələr, dövlətlər v.s.

 

Gündəlik həyatımızda bir çox şeyləri şübhəsiz gerçək olaraq qəbul edirik.  Madii və ya mənəvi olaraq qazandıqlarımızı hətta  münasibətlərimizi belə bir xətt üzrə bu müstəvinin üzərində yığırıq.

Bu cür düşüncə və yaşam tərzi insanları kiçik sarsıntılar zamanı təəccüblənməyə, xəyal qırıqlığı yaşamağa, bədbinliyə hətta intihar həddinə çatdıra bilir. Ən yaxşı halda isə insan yenidən “sahildə qumdan qala tikməyə” başlayır. Yəni paradoksal da olsa uğur qazanmaq üçün səhfini təkrar etməyə başlayır.

Ətrafımızdakıların qəbul etdiyi şeyləri sorğulamadan, şübhəsiz qəbul edir, qəbul etmədiklərinə isə inanmır, etibar etmirik. Beləliklə düşüncə olaraq fərd, fərdiyyət kefiyyətlərimizi itirməklə əslində fərdi imkanlarımızı məhdudlaşdırır, şəxsiyyət olaraq inkişafımızı əngəlləyirik.

Əgər bu gün əsrlər boyu riyaziyyat, fizika, kimya kimi dəqiq  elm sahələrində mövcud olan qanunları təkrar-təkrar inkar edən yeni qanunlar kəşf olunursa o zaman insanların əzbərlədiyi bütün gerçəkliklərə yenidən, şübhə ilə yanaşma zərurəti meydana çıxmışdır.

Nyuton öz qanunları ilə özündən əvvəlki  əksər biliklərin üzərindən xətt çəkdi və elmdə yeni bir era başlatdı. Eynşteyn Nyutonu inkar edərək elmdə, gerçək həyatda yeni bir dövrün əsasını qoydu. Lütvi-zadə isə özünün qeri–səlist nəzəriyyəsi ilə hər şeyi  sıfırladı.

6 yaşında İngiltərə Kral Akademiyasına daxil olan və rəssamlıq  sənətinə yiyələnən Dante Rosetti  15,16 yaşlarında dövrünün incəsənət mühitinin qəbul etdiyi bütün qaydaları inkar edir. Solğun rənglərdən istifadə edərək az qala canlı rəsm əsərləri yaratmış intibah dövrü rəssamların əksinə olaraq  öz əsərlərində çiçəkləri,yarpaqları, torpağı  solğun  rənglərdə yox, parlaq  yaşıl, qırmızı  rənglərdə çəkməyə başladı. Gənc Rosetti ömrünün sonunadək rəsmlərini təbiətdə olduğu kimi al-əlvan rənglərdə çəkdi.  Rəssamın ölümündə sonra İntibah dövrünün bütün rəsm əsərlərinin müəllifləri tərəfindən  parlaq rənglərlə çəkildiyi və əsrlər boyu bu əsərlərin üzərinə düşən his, kir və işığın əslində parlaq olan rəngləri solğun göstərdiyi məlum oldu.  Dante Rosettinin  ölümündən 98 il sonra 1980-ci ildə yapon alimləri həmin rəsm əsərlərinin üzərindəki qalıntıları təmizləyərək orijinal görüntüsünü saxlayan texnologiyanı kəşf etdilər. İndi həmin əsərlər orijinal, yəni müəlliflərinin çəkdiyi kimi görünür.

Şübhəsis gerçəkliklərimizi  daim sorğulamalı, şübhəçi düşüncələrimizlə elm qarşısında yeni fəaliyyət sahələri açmalıyıq. Bəlkə o zaman özümüzü öz əsarətimizdən azad edə bilərik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar