Modern.az

Adi vətəndaş olmaq...

14 Noyabr 2017, 11:27

Mansur Piriyev

 

Kimdir adi vətəndaş ?

Vətəndaşlığı olan istənilən  bir şəxs adi vətəndaş hesab olunur.

Göründüyü kimi, çox da çətin deyilmiş bu sualın cavabı.

Ancaq ilk baxışda sadə görünən bu söz birləşməsi əslində çox da adi, sadə olmayan dərin məna yükünü daşıyır.

Adi vətəndaş həm də vətənini sevən, adi həyat tərzi yaşayan, günləri bir-birindən çox da fərqlənməyən, oğlunu hərbi xidmətə fəxrlə yola salmağı bacaran, hər addımında ətrafın nə düşünəcəyini nəzərə alıb insanlardan seçilməyə çalışmayan, adət-ənənələri qanun hesab edən, ailə münasibətlərini ata-babsından gördüyü kimi yaşayan və idarə edən,  gündəlik ailə-məişət qayğılarından kənara çıxmayan, qohum-əqrabadan başqa heç kimin tanımadığı – heç kimin maraqlanmadığı, loru dildə danışan, hirsləndikdə sakitləşənədək ətrafdakılara ziyan verməmək üçün hirsini içində boğan və bu mümkün olmadıqda məişət söyüşləri ilə təskinlik tapan, heç kimə ziyan vurmayan və ən əsası ucuz  yatağına-yorğan döşəyinə girərkən rahat yatmağı bacaran insandır ADİ VƏTƏNDAŞ!

 

Demək ki, adi vətəndaş olmaq o qədər də asan deyilmiş.

 

Türkiyəli şair Hamdi Işığın şeirində deyildiyi kimi...

 

Mən adi vətəndaş olmaq istəyirəm

Nə bəzəkli cümlələr nə də hədiyyələr

Heç birini istəmirəm

Sıravi insan olmaq istəyirəm

 

İmtiyaz mı? nə imtiyazı

Onsuzda hamımız öləcəyik

Mən adi insanarın yaşadığı bir şəhərdə

Sıravi bir insan olmak istəyirəm

 

Sevgi isə sevgi, pul isə pul

Bunların hamısı sıradan olsun

Nə helə alovlu sevişmələr

Nə də bir çuval pul istəyirəm

Sıravi insan olmak istəyirəm

 

Mətbuatda yazılmasın adım

Hətta heç kim tanımasın məni

Nə var-dövlət nə nə cah-cəlal...

Heç birini istəmirəm

 

Gəlirim lap minimum əmək haqqı olsun

Dünyada hər kəs kimi sıravi yaşamaq istəyirəm

Möhtərəm biri olmaq vecimə də deyil

Mən sıravi insan olmaq istəyirəm.

 

(tərcümə. M.P.)

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi