Modern.az

Türkiyə...

6 Yanvar 2017, 15:23

Mansur Priyev

Türkiyə bir çox qərb ölkələrinin hələ də yarada bilmədiyi demokratiyanı, azad seçkini, iqtisadi inkişafı qazanmış bir müsəlman-türk dövlətidir.

Türkiyə islam dinini  dünyaya daha sivil, daha müasir formada təqdim edən müsəlman dövlətidir.

Türkiyə müsəlman-türk dövlətlərinin inkişafı üçün yol xəritəsi olmaqla yanaşı həm də bu sahədə həmrəyliyin, birliyin sağlanmasında əvəzolunmaz  lider dövlətdir.

Türkiyə elmi, sənayesi, hərbi və iqtisadi gücü, eyni zamanda  islamı müasir həyat tərzi ilə birlikdə yaşayan müasir, demokratik bir müsəlman cəmiyyəti modeliidir.

Türkiyə öz iqtisadi, siyasi, hərbi inkişaf yolu ilə müsəlman-türk dünyası üçün  müsbət bir təcrübə və nümunədir.

Və bu gün Türkiyə irtica qüvvələrinin hədəfindədir!

Heç kimə sirr deyil ki, müasir dünyamızda artıq müharibələr ənənəvi qaydada aparılmır. Artıq bir dövləti işğal etmək, ona qalib gəlmək üçün topa- tüfənglə o qədər də ehtiyac yoxdur.  Həmin dövlətin vətəndaşlarına təsir etmək və bu yolla onları idarə etmək, yönləndirmək və dövlətin ən etibarlı təhsisatlarını etibarsızlaşdırmaq, sıradan çıxarmaq v.s. yeni müharibə modellərini təşkil edir.  Yaxın keçmişə nəzər salsaq  “Ərəb baharı” adlandırılan hərakatın necə həyata keçirildiyi bu fikirləri təsdiq edir.

Türkiyədə nə baş verir?

 Məsələnin siyasi tərəflərinə toxunmadan bəzi sosioloji təsbitlərimi sizinlə bölüşürəm.

Əvvəlcə irtica qüvvələri tərəfindən yaradılmış “Psixoloji Mərkəz”lər  hədəf seçilmiş cəmiyyətin (dövlətin) daha həssas olduğu sahələri seçir.  Həmin sahələr aktuallaşdırılaraq, istiqamətləndirici mövzular mütəmadi şəkildə gündəmə çıxarılır və bu sayədə insanların əsəbləri davamlı olarq tarıma çəkilir. İnsanlar arasında stress, aqressivlik hətta xəstəliklərin sayı artır.  Beləcə zaman keçdikcə  cəmiyyətdə qarşıdırma, şiddət hərəkətləri yaratmaq üçün daha həssas, aktiv təbəqə formalşdırılır. Adətən burada hədəf qrupu daha çox həssaslıq nümaiş etdirən yenilikci, islahatçı gənclər müəyyən olunur. Sosial şəbəkələr  və digər vasitələrdən istifadə edərək həmin insanların mobil idarəolunması zaman keçdikcə təkminləşdirir. Bu insanlar içərisində vətənpərvər, millətçi v.s insanlar da ola bilir və həmin insanlar gördükləri işləri bəzən vətən borcu, öz millətinə xidmət kimi başa düşürlər. Bu cür idarə edilən cəmiyyətdə isə son nöqtə saysız hesabsız tərəflərin- cəbhələrin yaradılması və ilk baxışdan kimin hansı qrupa daxil olduğu və ya qarşı olduğunun tam müəyyən olunmaması həddidir.İdarə olunan prossesdə    fikirlərinə, düşüncələrinə hətta həyat tərzlərinə görə qruplaşan insanlar  bir vaxtan sonra qarşı tərəfi dinləməmək, hörmət etməmək, günahlandırmaq, qınamaq və nəhayət cəzalandırmaq səviyəsinə çatırlar. Hadisələrin gedişinə uyğun olunaraq bəzən mediaya  yalnış məlumatlar ötürülür. Müxtəlif sahələr üzrə, məsələn milli-etnik, siyasi, hərbi, iqtisadi, mədəni həttda  elm sahələri üzrə yaranan qruplaşmalarda beləcə  intiriqalar, münaqişələr getdikcə dərinləşir. Artıq bir qığılcım bəs edir ki, cəmiyyətin müxtəlif təbəqələri və özünü hansısa qrupa daxil edən insanlarr qarşıdurmaya, şiddətə başalsınlar. Bu isə artıq irticaçı qüvvəyə  lazım olan səhnə və qələbənin  labüd olduğu döyüş meydanıdır.

Bu gün irtica qüvvələri tərəfindən Türkiyədə həyata keçirilməyə çalışılan ssenari budur.

Həmin güc mərkəzləri öz təcrübələrindən bilirlər ki,  idarəolunan hərcimərclik, anarxiya başladıqdan sonra həmin cəmiyyətin (dövlətin) dövlətin parçalanması, işğal olunması  labüddür.

Bu təcrübəni ərəb ölkələrinin yaxın tarixində gördük. İndi isə həmin oyunların qardaş Türkiyənin üzərində həyata keçirilməyə çalışılır.

Məsələnin mahiyyətinə fikir verdikdə, hərbi siyasi təsirlər, iqtisadi cəbhədə baş verənlərlə yanaşı əsas dağıdıcı gücün türk insanına, türk xalqına yönəldildiyini aydın şəkildə görürük. Türkiyə xalqını daxildən parçalamaq üçün illərdən bəri milli-etnik zəmində zəhərli toxumların səpildiyi hamıya məlumdur. Bu gün bu missiya daha da çirkinləşrək, türk insanının həyat tərzi, sosial statusu, dünyagörüşü hətta fikir düşüncə ayrılıqlarına qədər nüfuz edərək təbəqələşmə, qruplaşma yaratmağa xidmət edir. Türkiyədə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar üz-üzə gətirilməyə çalışılmaqdadır. Bu mənfur planların reallaşdırılması üçün dünya təcrübəsində istifadə olunmamış metodlar bu gün Türkiyədə sınaqdan keçirilir. 

Bütün bunlar Türkiyə cumhuriyyətini sevən hər bir şəxsin -  ictimai xadimlərin, ziyalıların, aydınların ictimai məsuliyyətini daha da artırır.

Tarixin bütün dönəmlərində olduğu kimi türk millətinin bu çətin və əzablı sınaqdan alnı açıq çıxacağına inanırıq.    

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi