Modern.az

Tahir Rzayev problemi cəmiyyətin öz dilində ifadə edib

20 Aprel 2017, 17:59

Mansur Piriyev


Son vaxtlar sosial şəbəkələrin təsiri fonunda bütün mövzularda bir ictimai həssaslıq müşahidə edirəm. Ancaq istənilən halda cəmiyyətimiz üçün həssas və əhəmiyyətli hesab olunan mövzularda daha diqqətli və məsuliyyətli olmalıyıq. Elə buna görə də deputat Tahir Rzayevin sosial şəbəkələrdə müzakirə olunan  müsahibəsində işlətdiyi bəzi ifadələrlə bağlı fikirlərimi bölüşmək qərarına gəldim.

Söhbət, guya qadının ata bənzədilməsi ilə bağlı “Yürüyən at qamçı yeməz’ deyimindən gedir.

Tahir Rzayevin bu ifadədə nəzərdə tutduğu əsil mahiyyət qadının ata bənzədilməsi ilə bağlı deyil.  Bu  cəmiyyətin öz dilində münasibətlərin, ictimai problemlərin ifadə tərzidir.

Bu ifadəni qadınlara qarşı aşağılayıcı və ya kobud hesab edənlər fikir versələr görərlər ki,  atalar sözlərimizin, məsəllərimizin hər biri xalqımızın çoxəsirlik ictimai fikir tarixinə söykənir və təsadüfi deyil ki, şifahi xalq ədəbiyyatımız məişət münasibətlərindən götürülmüş bu cür ifadələrlə zəngindir.

 Doğrudur son illər özlərini müsair adlandıran bir çox insanlar bu məsəllərdən, ifadələrdən uzaq düşüb və bütün bunlara mühafizəkarlıq, göhnə düşüncəyə malik təfəkkür tərzi kimi yanaşırlar. Hətta bu ifadələr artıq şəhər leksikonundan tamamilə silinib, yoxa çıxıb. Yalnız rayon kənd yerlərində ağbirçək nənələrimizin və ağsaqal babalarımız danışığında bu cür məsəllərə, ifadələrə rast gəlmək olar.

Əlbətdə qloballaşan dünyada dövrün tələbləri ilə ayaqlaşmaq lazımdır. Bunu bizdən həm də ictimai münasibətlər sferasında yeni yaranan fəaliyyət sahələri, yeni münasibət formaları  tələb edir. Ancaq nəyin üstündə dayandığımızı unutmamalı və söykəndiyimiz dayağı yıxmamalıyıq.

Ailə dəyərləri, böyüyə hörmət Azərbaycan cəmiyyətinin özəyini təşkil edir!

Bu aspektə deputat Tahir Rzayevin fikirlərini nəinki qəbul edirəm, hətta hesab edirəm ki, ailə dəyərlərimizin qorunub saxlanılması və təbliği üçün  müsahibədə kifayət qədər maraqlı fikirlər və məsələlər yer alıb. Təəssüf ki, bu gün bir çox mətbuat orqanları, sayıtlar ailə-məişət mövzusunda baş vermiş cinayət hadisələrini böyük canfəşanlıqla tirajlayır və reytinq qazanmaq üçün dəridən qabıqdan çıxırlar. Bu xəbərlər içərisində tükürpədən, iyrəc hadisələr də var ki, ümümiyyətlə bunu geniş ictimaiyyətə təqdim etmək, xüsusilə uşaqlara, yeniyetmə və gənclərə nümayiş etdirmək yolverilməzdir.

Narahat edici məqamlardan biri də odur ki, bu cür yazılarda ailə-məişət şəraitində baş verən hadisələrin səbəbləri, onları yaradan əsas amillər diqqətdən kənarda qalır. Yaxşı olar ki, bu xəbərləri yayan sayıtlar hadisəni şişirtmək əvəzinə  bu cür hadisələrin baş vermə səbəbləri ilə bağlı bir araşdırmna, təhlil hazırlasınlar. Hadisələrə mütəxəssis, ekspert və ziyalıların münasibətini öyrənsinlər və ictimai nəzarətin formalaşmasına, ictimai qınağın yaranmasına calışsınlar.

Təssüf hissi ilə deməliyəm ki, gündəlik olaraq mətbuatı izləyən bir insan kimi mən bu hadisələrin təhlili, analizi əvəzinə,  əksinə bu cür arzuolunmaz xəbərlər yayılan kimi sayıtlar arasında  reytinq mübarizəsinin şahidi oluram.

Daha çox oxunmağı hədəfləyən  sayıtlar hansısa ucqar bir kənddə baş vermiş hadisəni daha iyrənc və daha kəskin formada cəmiyyətə çatdırmaq üçün sanki yarışa girirlər. Reytinq üçün xəstə və ya cinayətkar bir insanın cəmiyyətə zərəli, dəyərlərimizə zidd olan bir əməlini günlərlə həftələrlə gündəmdə saxlamağa çalışırlar.

Unutmaq olmaz  ki, bu gün ictimai münasibətləri tənzimləyən, cəmiyyətdə ailənin, qadının yerini müəyyən edən  əsas qaydalar min illərin sınağından keçmiş, əsirlərin süzgəcindən süzülüb gəlmiş və Azərbaycan cəmiyyətini, azərbaycanlı ailəsini  formalaşdırmışdır. Xüsusilə ailə dəyərlərimiz, ailələrin idarə olunması bu qaydalar üzərində qurulub. Mən bu dəyərləri  Azərbaycan xalıqının ən qiymətli sərvəti hesab edirəm. Hesab edirəm ki, azərbaycan qadının cəmiyyətdə və ailədə rolu da məhz mənəvi dəyərlərimizə söykənməlidır. Çünki qadın anadır və  hər bir azərbaycanlı ana gələcəyimizi inşa edir . Bu çox diqqət yetirilməsi vacib və məsuliyyətli məsələdir. 

Bu baxımdan deputat Tahir Rzayevin müsahibəsində qadının cəmiyyətdə və ailədəki rolunu çox düzgün və əsaslı ifadə etdiyini düşünürəm.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı