Modern.az
Akif Təvəkküloğlu Xilaskar

Akif Təvəkküloğlu

Xilaskar

14 İyun 2016, 14:29

Akif  Təvəkküloğlu,
Əməkdar jurnalist

 

Azərbaycan!!!

Yerim, göyüm,

Günüm, ayım!

Ululardan ulu yurdum,

Millətimə Tanrı payım!

Yaranışdan nələr çəkdi,

Nələr başın?

Özgələrə ağır oldu,

Ağır daşın.

İstədilər yurdumuzun

Bağça – bağı

Barsız olsun...

Çalışdılar dağlarımın

Zirvələri

Qarsız olsun...

Odlar diyarımın

Çırağı sönsün,

Gündüzü qaralıb

Zülmətə dönsün.

Amma bilmədilər, bilmədilər ki,

Bu millətin

Xilaskarı gələcək,

Bəd niyyətlər,

Pis əməllər bitəcək.

Gəldi...

Gəldi millətimin

Heydər Atası!

Düşmənə göz dağı

Ürək yarası...

Qoymadı başı üstə

Qara yellər əsməyə

Qoymadı qəm-qüssəni

Bu milləti kəsməyə.

Çixartdı aydınlığa

Neçə-neçə zülməti

Xoş günlərə gətirdi

Bu xalqı, bu milləti...

İndi qovuşmuşuq

Aydın səhərə

Yol vermərik

Nə qəmə, nə qəhərə...

Dostlar baxıb sevinir

Düşmənin həyatı

Dönüb zəhərə.

Qüdrətli ordumuz

Mətindən, mətin

Yağılar dərddədir

Çətindən, çətin.

Ümidim, İlhamım

Qalib gələcək!

Doğma Qarabağı

Azad edəcək!

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!