Modern.az

Orbana nazir postu verildi

Orbana nazir postu verildi

Dünya

20 Aprel 2026, 18:02

Anita Orban Macarıstanın yeni xarici işlər naziri olacaq.

Modern.az xəbər verir ki, bu barədə parlament seçkilərində qalib gələn Tisa partiyasının lideri Peter Madyar mətbuat konfransında elan edib.

O, əlavə edib ki, Orban artıq təklifi qəbul edib.

Anita Orban 1974-cü ildə anadan olub və 2026-cı ildə Macarıstan Milli Assambleyasına seçilib. 2021-ci ildən 2023-cü ilə qədər "Bir Macarıstan" təşkilatının baş direktorunun müavini, 2010-cu ildən 2015-ci ilə qədər isə Macarıstan Xarici İşlər Nazirliyində Enerji Təhlükəsizliyi üzrə xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışıb.

Anita Orban istefa verən Baş nazir Viktor Orbanla eyni soyadı paylaşır. Mediada yayılan məlumatlara görə, ikisi arasında heç bir qohumluq əlaqəsi yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?