Modern.az

Sarqsyanın daha bir cinayəti üzə çıxdı

Sarqsyanın daha bir cinayəti üzə çıxdı

Aktual

20 Aprel 2026, 17:36

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın müdafiə naziri postunu tutduğu illərdə imza atdığı qalmaqallı torpaq satışı ilə bağlı yeni məhkəmə qərarı verilib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, prokurorluq sözügedən iş üzrə dövlət büdcəsinə təxminən 205 min dollar vəsaitin qaytarılması niyyətindədir.

Məhkəmə çəkişməsinin predmeti İrəvanın İsaakov prospektində yerləşən 0,17 hektarlıq strateji torpaq sahəsidir. Antikorrupsiya Məhkəməsi apardığı araşdırmalar nəticəsində müəyyən edib ki, həmin dövrdə Müdafiə Nazirliyi ilə konkret bir QSC arasında bağlanan alqı-satqı müqaviləsi qanunsuz yollarla reallaşıb.

Məhkəmənin son qərarı ilə həmin müqavilə etibarsız hesab edilib. İndi prokurorluq həm torpağın geri qaytarılması, həm də dövlətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində hüquqi prosesləri davam etdirir.

Qeyd edək ki, bu, Serj Sarqsyanın rəhbər vəzifələrdə olduğu dövrlərə dair araşdırılan növbəti korrupsiya faktıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?