Modern.az

Tehranın hava limanları yenidən açıldı

Tehranın hava limanları yenidən açıldı

Dünya

20 Aprel 2026, 17:22

İran Mülki Aviasiya Təşkilatı Tehranın iki hava limanının yenidən açıldığını elan edib.

Modern.az xəbər verir ki, məlumatı “Tasnim” yayıb.

18 apreldə İran Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını qismən yenidən açdığını elan etmişdi.

"20 apreldən etibarən İmam Xomeyni və Mehrabad hava limanlarına sərnişin uçuşları üçün icazə verildi", - təşkilatın yeni açıqlamasında bildirilir.

Bundan əlavə, Urmiya, Kermanşah, Abadan, Şiraz, Kerman, Rəşt, Yəzd, Zahedan, Qorqan və Bircənd şəhərlərinin hava limanlarına uçuşlar 25 apreldə bərpa olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ