Modern.az

Bakıda ürəyi dayanan şəxs son anda xilas edildi - VİDEO

Bakıda ürəyi dayanan şəxs son anda xilas edildi - VİDEO

Aktual

Bu gün, 17:26

Sosial mediada xəstəxananın həyətində ürəyi dayanan kişiyə tibb personalı tərəfindən həyətdə ilkin müdaxilə edildiyini əks etdirən görüntülər yayılıb.

Modern.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, vətəndaşa ilkin yardımın göstərilməsi görüntüləri Mərkəzi Neftçilər Xəstəxanasının həyətində qeydə alınıb.

Məlumata görə, ictimai nəqliyyatda (avtobusda) vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafındakı insanların köməkliyi ilə 19.04.2026-cı il tarixində saat 19:50 radələrində yaxınlıqda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

"Hadisə zamanı vətəndaşa ilk tibbi müdaxilə xəstəxananın həyətində göstərilib. Təcili olaraq kardiopulmonar reanimasiya (CPR) - ürəyin qapalı masajı başlanılıb, venadaxili adrenalin tətbiq edilib və pasiyent intubasiya olunaraq xəstəxananın qəbul şöbəsinə yerləşdirilib.

Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya), ağciyər-ürək çatışmazlığı, ürək dayanmasından sonrakı vəziyyət diaqnozları təyin olunan şəxsin həyatı göstərilən uğurlu müdaxilə nəticəsində xilas edilib.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir".("Trend")

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!