Bolqarıstanın Mərkəzi Seçki Komissiyası parlament seçkiləri çərçivəsində bülletenlərin 100%-ni artıq emal edib.
Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın “24chasa” nəşri məlumat yayıb.
Keçmiş prezident Rumen Radevin “Proqressiv Bolqarıstan” partiyası seçkilərdə ən çox səs toplayıb - 44,594% (1,44 milyon səs).
Hakim GERB–SDS koalisiyası 13,387% (433 755 səs) ilə ikinci yeri tutub.
“Dəyişiklikləri davam etdiririk - Demokratik Bolqarıstan” partiyası isə 12,618% (408 845 səs) ilə üçüncü olub.
Dördüncü yerdə “Hüquq və Azadlıqlar Hərəkatı” (7,120%, 230 693 səs), beşinci yerdə isə “Dirçəliş” partiyası (4,257%, 137 940 səs) qərarlaşıb.
50,7 mindən çox Bolqarıstan vətəndaşı isə heç bir partiyanı dəstəkləməyib.
Seçkilərin nəticələrinə əsasən, “Proqressiv Bolqarıstan” parlamentdə 131 mandat, GERB–SDS 39 mandat, “Demokratik Bolqarıstan” 37 mandat, “Hüquq və Azadlıqlar Hərəkatı” 20 mandat, “Dirçəliş” isə 13 mandat qazanacaq.
240 yerlik parlamentdə hökumətin etimad qazanması üçün ən azı 121 deputatın dəstəyi tələb olunur.