Modern.az

Misir Mərdanov: “Orta məktəbdə mobil telefona qadağa yoxdur”

Misir Mərdanov: “Orta məktəbdə mobil telefona qadağa yoxdur”

Təhsil

22 Fevral 2013, 11:15

“Orta məktəblərdə mobil telefonların istifadəsi ilə bağlı hər hansı qadağanedici əmr və ya sərəncam yoxdur”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdənov deyib. Bununla yanaşı o, qeyd edib ki, ümumtəhsil məktəblərində müəllimlər və şagirdlərin dərs prosesində mobil telefondan istifadə etməməlidir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) orta məktəb dərsliklərindəki səhvlərlə bağlı səsləndirdiyi fikrə münasibət bildirən təhsil naziri qeyd edib: “TQDK keçirdiyi monitorinqin nəticələrini bizə göndərib. Biz də araşdırıb rəy verəcəyik”.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok