Modern.az

Ədəbiyyat üzrə Nobelin qalibi açıqlandı

Ədəbiyyat üzrə Nobelin qalibi açıqlandı

Ədəbi̇yyat

6 Oktyabr 2022, 14:56

Bu gün İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatın laureatı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, mükafatı bu il fransalı yazıçı Anni Erno əldə edib.

 

82 yaşlı yazıçı "Boş şkaflar", "Xarici həyat" kimi əsərlərin müəllifidir.

 

Xatırladaq ki, bu həftə isveçli genetik Svante Peebo tibb və fiziologiya, fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer, avstriyalı fizik Anton Tsaylinger fizika, amerikalı kimyaçılar Karolin Bertotsi və Karl Barri Şarpless, danimarkalı kimyaçı Morten Meldal kimya üzrə mükafatı qazanıblar.

 

Oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq. Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok