Modern.az

Camaatda pul var ki, bazara gəlsin? - VİDEOREPORTAJ

Camaatda pul var ki, bazara gəlsin? - VİDEOREPORTAJ

Reportaj

23 Dekabr 2022, 13:42

Yeni ilin gəlişinə sayılı günlər qalır. Əvvəllər bayrama 10-15 gün qalmış insanlar Yeni il hazırlığına başlayar, bunun üçün bazarlara üz tutarlardı. İndi o günlərdən əsər-əlamət qalmayıb.

Qiymətlərin artdığı bir vaxtda hamı bayram bazarlığını necə edəcəyini, süfrəyə hansı təamları düzəcəyini düşünür.

Bayramqabağı qiymətlər necədir?

Modern.az-ın əməkdaşları paytaxt bazarlarından birinə üz tutaraq qiymətlərlə maraqlanıb.


Əvvəllər bazarlara daxil olanda “Gəl, ay müştəri, məhsuldan qalmadı” kimi şüarlarla rastlaşsaq da, budəfəki mənzərə tamamilə fərqli idi.


Piştaxta arxasında küskün dayanan satıcılar alverin yoxluğundan şikayətlənir, ara-sıra gözə dəyən alıcılar isə qiymət artımından dad edirdilər.

Hazırda bazarlarda vəziyyətin necə olduğunu təqdim etdiyimiz videoreportajda izləyə bilərsiniz:

 

Video: Əjdər İbrahimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir