Modern.az

Xoşbəxtsinizmi? - “Pensiyaya çıxandan sonra yox…” - VİDEOSORĞU

Xoşbəxtsinizmi? - “Pensiyaya çıxandan sonra yox…” - VİDEOSORĞU

Reportaj

6 Yanvar 2023, 12:44

Psixoloqların fikrincə, xoşbəxt olmaq elə də çətin deyil. Bunun üçün nə pul, nə də var-dövlət lazımdır. Sadəcə sevmək, sevilmək, arzuladığın insanların əhatəsində olmaq belə xoşbəxtlik üçün kifayətdir. Lakin bəzi insanlar hesab edirlər ki, indiki dövrdə xoşbəxt həyatı pul ilə, dəbdəbəli ev və bahalı maşınla əldə etmək mümkündür. Təbii ki, bunun əksini düşünənlər də az deyil. 

 

Bəs, Azərbaycan vətəndaşları özlərini xoşbəxt hiss edirlərmi? Bizim üçün xoşbəxtlik nə deməkdir?

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq, paytaxt sakinləri arasında videosorğu keçirib. Sorğuda iştirak edən respondentlər onlara ünvanladığımız suala müxtəlif formada cavablar verməklə, xoşbəxt olub-olmadıqlarını etiraf ediblər.

 

Onlardan bəzilərinin fikirləri diqqət çəkib. Belə ki, yaşlı sakinlərdən biri pensiyaya çıxdıqdan sonra xoşbəxtliyini itirdiyini söyləyib.

 

Ətraflı videoda:

 

 

Video: Əjdər İbrahimov

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir