Modern.az

Yarmarkalarda kəndlidən söhbət gedə bilməz - Deputat

Yarmarkalarda kəndlidən söhbət gedə bilməz - Deputat

Aktual

26 Yanvar 2023, 12:10

"Bildiyimiz kimi, müxtəlif yerlərdə kənd təsərrüfatı yarmarkaları fəaliyyət göstərir. Mən özüm də bir neçə dəfə orada olmuşam".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.

 

Deputat yarmarkarlarda problemlərin olduğunu söyləyib:

 

“Amma orada problemlər var. Bildirim ki, həmin yarmarkalarda kəndlidən söhbət gedə bilməz. Yarmarkalarda vasitəçilər var və onlar da qiymətlərə təsir edir. Buna görə də nazirlik buna nəzarət etməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir