Modern.az

Sülhməramlıların maşın karvanı Laçın yolundan sərbəst keçir

Sülhməramlıların maşın karvanı Laçın yolundan sərbəst keçir

Qarabağ

26 Yanvar 2023, 13:36

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 46-cı günündə Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

 

Modern.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 11 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.

 

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir