Modern.az

65 yaşlı Fuad Poladov: “Nə ad günü, iş başındayam”

65 yaşlı Fuad Poladov: “Nə ad günü, iş başındayam”

Mədəni̇yyət

24 May 2013, 11:55

Bu gün Azərbaycanın məşhur aktyorlarından Fuad Poladovun doğum günüdür. 1948-ci ilin bu günündə dünyaya göz açan sənətçi Modern.az saytına açıqlamasında bu günü iş başında keçirəcəyini qeyd edib.

“Bu gün iş başındayam, məşqlərim var. Eyni zamanda Azərbaycan Dövlət Dram Teatrılnda, sabah Rus Dövlət Dram Teatrında tamaşam var. Yəni iş başındayam və ad günümü elə xüsusi qeyd etmək planım yoxdur”.

İlk təbriki qızından və ailəsindən alan sənətçi səhər açılandan telefonun susmadığını, müxtəlif şəxslərdən təbriklər aldığını vurğulayıb.

“Səhərdən telefonum susmur, təbrik edənlər çoxdur və onlara təşəkkürümü bildirirəm”.

Fuad Poladov 65 yaşında özünün iş başında olmağını və işləməyini ən böyük saədət və xöşbəxtlik hesab edir.
“65 yaşımda özümü elə 65 yaşında olan insan kimi hiss edirəm. Bu yaşda iş başımda olmağımın özü xöşbəxtlikdir və buna da şükür”.

 

Aytən ƏLİYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok