Modern.az

44 müəllim iş yerini DƏYİŞDİ

44 müəllim iş yerini DƏYİŞDİ

Təhsil

2 Fevral 2023, 11:37

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi üzrə 44 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.

 

Bu barədə Modern.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, müsabiqənin nəticələri iştirakçıların şəxsi səhifəsinə göndərilib. Müsabiqə üzrə 44 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.

 

Qeyd edək ki, İnsan Resursları Mərkəzi tərəfindən ilk dəfə həyata keçirilmiş bu layihə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron platforma vasitəsilə iş yerini qarşılıqlı olaraq dəyişdirmək imkanı verir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir