Modern.az

Ötən il Kürdə batan şəxsin meyiti tapıldı

Ötən il Kürdə batan şəxsin meyiti tapıldı

Hadisə

4 Fevral 2023, 18:12

Ötən il dekabrın 12-dən Kürdə batdığı ehtimal olunan şəxsin axtarışları nəticə verib. Tovuz rayonunun Qədirli kənd sakinləri 47 yaşlı Eldəniz Məmmədovun meyitini tapıblar.

 

Modern.az xəbər verir ki, dərhal əraziyə Tovuz Rayon Polis Şöbəsinin və prokurorluğun əməkdaşları cəlb edilib.

 

Məlumata görə, 45 gün idi ki, itən şəxsin axtarışları aparılırdı. E. Məmmədovun meyiti batdığı ehtimal olunan ərazidən təxminən üç kilometr uzaqlıqda tapılıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl onun ov tüfəngi və balıq tutmaq üçün cərəyan artıran cihazı həmin əraziyə yaxın yerdə aşkarlanıb. Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir