Modern.az

"Qarabağ" - "Gent" oynuna 9 min bilet satılıb

İdman

22 Fevral 2023, 09:22

Belçikada "Gent" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hələlik "Gelamko Arena"dakı qarşılaşma üçün 9 000 bilet alınıb. 11 000-ə yaxın biletin isə satışda olduğu bildirilib. Stadion 20 000 azarkeş tutumuna malikdir.

 

Nəşr marağın az olmasını matçın həftəiçi gerçəkləşməsi və yerli vaxtla saat 21:00-da başlaması ilə əlaqələndirib.

 

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir