Modern.az

Türkiyənin ilk elektromobilinin qiyməti açıqlandı - YENİLƏNİB

Türkiyənin ilk elektromobilinin qiyməti açıqlandı - YENİLƏNİB

İqtisadiyyat

14 Mart 2023, 15:52

Türkiyənin yerli "Togg" avtomobilinin qiyməti açıqlanıb.

 

Modern.az xəbər verir ki, avtomobilin T10X modeli 953 min lirə, daha uzun məsafə qət edə bilən V2 RWD modelinin qiyməti isə 1 milyon 215 min lirə olacaq.

 

***

15:32

 

Türkiyənin yerli "Togg" avtomobili bu həftə satışa çıxarılır.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Satışa çıxarılan yerli milli yolsuzluq avtomobilinin qiymətinin bu gün açıqlanacağı gözlənilir. "Togg"un satışa çıxarılan ilk versiyası C modeli olacaq.

 

Qeyd edək ki, oktyabrın 29-da Bursada "Togg" maşınlarının kütləvi istehsalına başlanılıb. İlin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. 2030-cu ilə qədər 1 milyon avtomobilin istehsal edilməsi planlaşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək