Modern.az

Cəlilabadda yol qəzası - Xəsarət alanlar var

Cəlilabadda yol qəzası - Xəsarət alanlar var

Hadisə

26 Mart 2023, 12:06

Cəlilabad rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

 

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində rayon sakinləri - 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir