Modern.az

Ekoaktivistlər 17-ci əsrə aid fəvvarəyə qara rəng tökdü

Ekoaktivistlər 17-ci əsrə aid fəvvarəyə qara rəng tökdü

Dünya

2 Aprel 2023, 00:22

Ekoaktivistlər İtaliyanın paytaxtı Romada məşhur fəvvarənin suyunu qara rəngə boyayıb.

 

Modern.az "France 24"ə istinadən xəbər verir ki, iqlim dəyişikliyi fəallları "Fontana della Barcaccia" kimi tanınan 17-ci əsrə aid fəvvarənin içinə rəngli bitki əsaslı maye töküblər.

 

"Suyun qara rəngə boyanması "dünyanın sonu" ssenarisindən xəbər verir", - ətraf mühit fəallarının bəyanatında deyilir. Polis aksiyanı təşkil edən 3 fəalı saxlayıb.

 

Qeyd edək ki, Avropanın bir çox ölkəsində iqlim fəalları diqqəti cəlb etmək üçün tarixi-memarlıq abidələrinə qarşı bu cür aksiyalar təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu