Modern.az

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu YARADILIR

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu YARADILIR

İqtisadiyyat

12 May 2023, 12:26

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

 

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı Azərbaycan tərəfi üçün 75 %, Özbəkistan tərəfi üçün isə 25 % müəyyənləşdirilib. Bundan əlavə, baş ofis Özbəkistanda, nümayəndəlik Azərbaycanda olacaq.

 

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok