Modern.az

Televiziyalarda nöqsanlar var - Audiovizual Şura

Televiziyalarda nöqsanlar var - Audiovizual Şura

30 May 2023, 10:54

Audiovizual mediada müəyyən qüsurlar var.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada deyib.

 

Aparat rəhbəri bildirib ki, həmin qüsurlar cəmiyyəti narahat edir: "Bu sahədə monitorinqlər keçirilir və araşdırılır. Bəzən monitorinqdə aşkarlanmayan pozuntular şikayət əsasında müəyyən edilib. Bəzən pozuntulara görə yayım dayandırılır. Yayımçı üçün yayımın dayandırılması maliyyə sanksiyasından ağırdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var