Modern.az

Sosial xarakterli verilişlərdə uşaqların hüquqları pozulur - MEDİA

Sosial xarakterli verilişlərdə uşaqların hüquqları pozulur - MEDİA

Media

30 May 2023, 11:14

Sosial xarakterli bir çox televiziya verilişlərində bir sıra hallarda uşaqların hüquqlarının pozulması hallarına rast gəlirik.

 

Modern.az xəbər verir ki, bunu “Audiovizual mediada uşaq hüquqlarının qorunması” tədbirində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova deyib. O bildirib ki, araşdırmalara görə, ailə mövzusu, konfliktlər, ölümlər və s. mediada daha çox tirajlanır və diqqət çəkir:

 

"Sosial xarakterli televiziya proqramlarında reytinq xatirinə qabardılan məqamlara çox rast gəlirik. Bir çox hallarda uşaqların hüquqlarının pozulması hallarını görürük. Məsələn, onların fikri alınarkən üzləri açıq göstərilir. Bu, düzgün deyil".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir