Modern.az

Deputat “Kosmik tədqiqatlar” fakültəsinin yaradılmasını təklif etdi

Deputat “Kosmik tədqiqatlar” fakültəsinin yaradılmasını təklif etdi

Təhsil

30 May 2023, 12:50

Azərbaycan universitetlərində “Kosmik tədqiqatlar” fakültəsinin yaradılması təklif edilib.

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə çıxış edib.

 

“Bu sahə üzrə çox ciddi mütəxəssislər hazırlanmalıdır. Ola bilər ki, çox maliyyə tələb etsin, bu zaman dövlət tərəfindən maliyyələşdirilmə və ya xarici universitetlərdə mütəxəssis yetişdirilməsini təmin etməliyik”, - deyə deputat təklif edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir