Modern.az

İdmançılarımızın rəqibləri bəlli oldu

İdmançılarımızın rəqibləri bəlli oldu

İdman

1 İyun 2023, 17:34

Azərbaycanın taekvondoçuları Səyyad Dadaşov (54 kq) və Minayə Əkbərovanın (46 kq) Bakıda keçirilən dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu, mundialın beşinci gününün püşkatma mərasimində bəlli olub.

 

Gənclər arasında Avropa çempionu Səyyad Dadaşov yarışa 1/16 finaldan başlayacaq. O, bu mərhələdə Omonjon Otajonov (Özbəkistam) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibini gözləyir.

 

Minayə Əkbərova da debüt görüşünə 1/16 finaldan başlayacaq. İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı bu raundda Ruka Okamoto (Yaponiya) - Sarai Sançes (Puerto-Riko) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək