Modern.az

Avropanın siyasi və coğrafi xəritəsi eyniləşməlidir - Baş nazir

Avropanın siyasi və coğrafi xəritəsi eyniləşməlidir - Baş nazir

Dünya

2 İyun 2023, 15:12

Polşanın baş naziri Mateuş Moraveyski hesab edir ki, Ukraynadakı münaqişənin nəticəsi Avropa İttifaqının bütün Avropa ərazisinə genişlənməsi olmalıdır.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu fikri o, Varşavadakı “Polşa - böyük layihə” forumunda çıxışı zamanı bildirib.

 

“Bizi qarşıda tarixi fürsət gözləyir. Ukrayna suverenlik, azadlıq, Polşa - öz sərhədlərində təhlükəsizlik, Avropa isə Rusiya imperializminin təhlükəsi olmadan əsrlər boyu sülh əldə edəcək. Biz çalışmalıyıq ki, Aİ-nin sərhədləri Avropanın coğrafi sərhədləri ilə üst-üstə düşsün. Ukrayna və Şərqi Avropanın digər ölkələri Polşa, Fransa və İspaniyanın qardaş xalqlarıdır”, - baş nazir qeyd edib.

 

O, həmçinin əlavə edib ki, Ukraynadakı hazırkı münaqişədə Polşa üçün vacib məsələ geosiyasi trayektoriyanın dəyişdirilməsidir. Polşa baş nazirinin fikrincə, Ukraynanı Avropa strukturlarının orbitinə çəkmək lazımdır: "Ola bilsin ki, müəyyən müddətdən sonra Belarusu da. Bundan başqa, Atlantik dünyasının iki ayaq üstündə sabit durması üçün Avropa dövlətləri ABŞ-la əməkdaşlığı gücləndirməlidir".

 

“Bu, Avropanı genişləndirmək, qitəmizin siyasi coğrafiyasını dəyişmək, yeni təhlükəsizlik arxitekturasını yaratmaq, Rusiyanın daimi təhdidindən azad Avropanın yeni xəritəsini çəkmək üçün yüz ildən bir ələ düşən şansdır", - Moraveyski deyib. 

 

Onun planına görə, Polşa təhlükəsizlik siyasəti, nəqliyyat, enerji və regional əməkdaşlıq sahəsində Avropa İttifaqının əsas ölkəsi olmalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu