Modern.az

Qərbi Azərbaycan qayıdana kimi mübarizəmiz davam edəcək - İcma sədri

Qərbi Azərbaycan qayıdana kimi mübarizəmiz davam edəcək - İcma sədri

Qərbi Azərbaycan

12 İyun 2023, 11:43

İndiki Ermənistan ərazisi hesab edilən Qərbi Azərbaycan torpaqlarına qayıdana kimi mübarizəmiz davam edəcək.

 

Modern.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniştərkibli ictimai dinləmə zamanı deyib.

 

Onun sözlərinə görə, həmin ərazilərdəki tarixi mənbələr, yeraltı və yerüstü mədəniyyət nümunələri, yeraltı sərdabələr, məbəd, kilsə və məscidlərin hər biri bu yerlərin kimə aid olduğunu qəti şəkildə təsdiqləyir.

 

İcma sədri xatırladıb ki, ötən ilin dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü tarixdə yeni bir dövrün başlanğıcı olub: "Bununla da Qərbi Azərbaycana Qayıdış konsepsiyasının yaradılması ilə artıq yeni mübarizəyə qədəm qoymuş olduq",

 

Ə.Ələkbərli, həmçinin bildirib ki, bu məbədlərin çoxu erməniləşdirilsə də, başqa xalqların adına çıxılsa da, tarixi həqiqətlər daşa yazılmış yazı kimidir: “Ona görə bizim mübarizəmiz sona qədər davam edəcək. Buradakı bir sıra tarixi məscidlər fars məscidi kimi dünyaya tanıdılır. Ermənilər bu siyasəti bu gün də davam etdirirlər. Erməni siyasiləri hələ də sərsəm fikirlərini davam etdirirlər ki, guya azərbaycanlılar bu ərazilərin aborigenləri olmayıblar. Ona görə biz bu cür saxta fikirlərlə mübarizə aparmaq üçün tarixçi alimlərimizə, ictimai xadimlərimizə tez-tez müraciət etməliyik".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək