Modern.az

Aşıq Ələsgərin məzarını ermənilər dağıdıb - Komitə sədri

Aşıq Ələsgərin məzarını ermənilər dağıdıb - Komitə sədri

Qərbi Azərbaycan

12 İyun 2023, 11:57

Aşıq Ələsgərin Göyçədəki məzarı erməni vandalları tərəfindən dağıdılıb, məhv edilib.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə keçirilən “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə deyib.


“Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin tarixi-mədəni irsimizə qarşı törətdiyi bu kimi vandalizm halları barədə, eyni zamanda, öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlara, o cümlədən UNCESO-ya müraciətlər ünvanlayıb”, - deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək