Modern.az

İslam Kərimovun qızının 25 milyon dollarlıq əmlakı MÜSADİRƏ OLUNDU

İslam Kərimovun qızının 25 milyon dollarlıq əmlakı MÜSADİRƏ OLUNDU

Dünya

9 Avqust 2023, 11:34

Böyük Britaniyada Özbəkistanın keçmiş dövlət başçısı İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus 25 milyon dollar dəyərində əmlak müsadirə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Serious Fraud Office" (SFO) qurumu məlumat yayıb.

 

Müsadirə olunmuş əmlaklara Londonun prestijli Belgravia rayonunda yerləşən 2 mənzil və Surreydəki malikanə daxildir.


Qeyd edək ki, Gülnarə Kərimova 2019-cu ildən həbsdədir. O, cinayətkar qrup yaratmaq, dələduzluq, mənimsəmə və digər cinayətlərdə ittiham olunaraq 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok