Modern.az

Mirzoyan bolqarıstanlı həmkarı ilə Qarabağdan danışdı

Mirzoyan bolqarıstanlı həmkarı ilə Qarabağdan danışdı

Dünya

9 Avqust 2023, 12:09

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bolqarıstanın XİN başçısı Mariya Qabriyellə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, Mirzoyan bu barədə X platformasında (tviter) paylaşım edib.

 

O qeyd edib ki, Dubrovnik Forumundakı müzakirələrdən sonra tərəflər Qarabağ və Laçın yolu ilə bağlı danışıblar.

 

"İnkişaf edən Ermənistan-Bolqarıstan partnyorluğu və ikitərəfli siyasi dialoq da vurğulanıb", - Mirzoyan yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok