Modern.az

Mirzoyan daha 3 Avropa ölkəsinin XİN başçısı ilə danışıqlar apardı

Mirzoyan daha 3 Avropa ölkəsinin XİN başçısı ilə danışıqlar apardı

Dünya

9 Avqust 2023, 15:25

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa ölkələrindən olan həmkarları ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, 3 ölkənin XİN başçısı ilə söhbəti barədə Mirzoyan X platformasında (tviter) məlumat verib.

 

Belə ki, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis, İspaniyanın XİN başçısı Joze Manuel Albares və Yunanıstanın XİN rəhbəri Corc Qerapetritislə söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər, eləcə də Qarabağ və Laçın dəhlizi müzakirə mövzusu olub.

 

Qeyd edək ki, bu gün Mirzoyan həmçinin bolqarıstanlı həmkarı ilə də danışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok