Modern.az

Reklamların dili səhvlərlə doludur

Reklamların dili səhvlərlə doludur

Mədəni̇yyət

4 Dekabr 2023, 14:20

“Hazırda Azərbaycandakı reklamların dili montorinq olunur”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bildirib.

O deyib ki, bu sahədə çox ciddi qüsurlar var. S.Əliyevanın sözlərinə görə, həm telekanallarda yayımlanan reklamlarda, həm də açıq məkandakı reklam daşıyıcılarında Azərbaycan ədəbi dil normalarının pozulması halları mövcuddur.

O, reklamların dilinin monitoriqi barədə lazımi qurumların xəbərdar edildiyini vurğulayıb.

S.Əliyeva qeyd edib ki, yaxın vaxtlarda Azərbaycandakı reklamların dil qusurlarının nəticələri ümumiləşdirilərək ictimaiyyətə açıqlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək