Modern.az

Kann kinofestivalında münsiflər heyətinə o başçılıq edəcək

Kann kinofestivalında münsiflər heyətinə o başçılıq edəcək

16 Dekabr 2023, 23:25

Bu yay öz filmi ilə kinoteatrları çəhrayı tematikalı fenomenlə dolduran amerikalı rejissor Qreta Qerviq 2024-cü il Kann Film Festivalında münsiflər heyətinin sədri seçilib.

 

Modern.az xəbər verir ki, 40 yaşlı Qerviq estafeti 2023-cü ilin münsiflər heyətinin rəhbəri, “Kədər üçbucağı” filminin rejissoru və ikiqat “Qızıl Palma budağı”nın sahibi isveçli Ruben Ostlunddan alacaq və əlamətdar film festivallarından birində münsiflər heyətinə rəhbərlik edən ilk amerikalı qadın rejissor olacaq. O, həmçinin 1966-cı ildə 31 yaşı tamam olan Sofi Lorenin ardından - təxminən altı onillikdən sonra festivalın sükanı arxasına keçən ən gənc qadın kimi festival tarixinə düşəcək.

 

Marqot Robbinin baş rolu ifa etdiyi “Barbi” filmi 2023-cü ilin ən böyük debütü və indiyə qədər qadın tərəfindən çəkilən ən çox gəlirli kinolent kimi rekordlara imza atıb və “Super Mario Bros. Movies”i arxada buraxıb. Mükafat mövsümü perspektivlərinin bir əlaməti olaraq, “Barbi” bu həftə doqquz nominasiya ilə Hollivudun “Qızıl qlobus” mükafatına namizədlərin siyahısına başçılıq edib.

 

Festivalın prezidenti, alman prodüser Ayris Knoblox və festivalın baş direktoru, Liondakı Lümyer İnstitutunun direktoru Tyerri Fremo özlərinin birgə bəyanatında qeyd ediblər: “Bu, gözlənilən seçim idi, çünki Qreta Qerviq Kann kinofestivalının hər il həm müjdəçisi, həm də ruporu olduğu dünya kinosunun yenilənməsi üzrə ideyaları cəsarətlə təcəssüm etdirir”.

 

Qreta Qerviqin özünün dediyi kimi, o, jürinin rəhbəri seçilməsindən “heyrətlənib, həyəcanlanıb və özünü itirib”.

 

Xatırladaq ki, Qreta Qerviq rejissor kürsüsünə Hollivudda filmlərin və televiziya verilişlərinin cədvəlini dəyişən, festivalın cazibəsini bir qədər azaldan, həmçinin süni intellekti və yayım xidmətlərinin ssenaristlərə və aktyorlara ödənişlərini gündəmə gətirən iki yay tətilinin kino sənayesini silkələməsindən sonra əyləşib.

 

77-ci Kann Film Festivalı mayın 14-dən 25-dək keçiriləcək, rəsmi seçim isə aprelin ortalarında elan ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı