Modern.az

Daşaltı kənd məscidinin tikintisi ilə tanışlıq - FOTO

Daşaltı kənd məscidinin tikintisi ilə tanışlıq - FOTO

Mədəni̇yyət

21 Dekabr 2023, 12:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

 

Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscididir. Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir