Modern.az

Həndbol millimiz növbəti matçına ÇIXACAQ

Həndbol millimiz növbəti matçına ÇIXACAQ

İdman

3 Mart 2024, 10:21

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

 

Modern.az-ın məlumatına görə, yığma Litvanın qonağı olacaq.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

 

Millimiz fevralın 28-də rəqibini məğlub edib - 35:33.

 

5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.

 

Qeyd edək ki, İspaniya 6 xalla liderdir. Şimali Makedoniyanın 4, yığmamızın 2 xalı xalı var. Sonuncu sıradakı Litvanın xalı yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!