Modern.az

Əfsanəvi basketbolçu öz rekordunu YENİLƏDİ

Əfsanəvi basketbolçu öz rekordunu YENİLƏDİ

İdman

3 Mart 2024, 12:17

ABŞ-nin “Los Anceles Leykers” klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.

 

Modern.az-ın məlumatına görə, 39 yaşlı idmançı peşəkar karyerasında 40000-ci xalını qazanıb.

 

O, buna "Denver"ə uduzduqları (114:124) qarşılaşmada nail olub. Beləliklə, əfsanəvi oyunçu öz rekordunu yeniləyib.

 

Ceyms 2023-cü ildə Kərim Abdul-Cabbarı geridə qoyaraq NBA-da ən məhsuldar basketbolçu adına sahib çıxmışdı.

 

Qeyd edək ki, 2003-cü ildən peşəkar karyerası davam edən L.Ceyms 4 dəfə NBA çempionu olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı